Qarabağ Universitetinə dekanlar seçildi

qarabag-universitetine-dekanlar-secildi
Oxunma sayı: 7926

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib. 

“Qafqazinfo” Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub. 

Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Bu vəzifəyədək Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. O, ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb.