Adı bu dəfə Cemre Baysellə hallanır

adi-bu-defe-cemre-bayselle-hallanir
Oxunma sayı: 934

Türkiyəli aktrisa Cemre Bayselin “Beşiktaş”ın oyunçusu Emirhan Topçu ilə eşq yaşadığı iddia olunur.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən istinadən xəbər verir ki, onların “Instagram”dan bir-birini izləməyə başlaması iddiaları daha da gücləndirib.

Məlumata görə, ilk addımı Topçu atıb. Hələlik aktrisa və futbolçu bu barədə açıqlama verməyib.

Xatırladaq ki, bir müddət əvvəl E.Topçunun aktrisa Demet Özdemirlə sevgili olduğu da iddia edilirdi.

Qeyd edək ki, C.Baysel hazırda “Güller ve günahlar” serialında baş obraz Zeynepi canlandırır. Onun tərəf müqabili isə aktyor Murat Yıldırımdır.