“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşdi

qarabagin-avroliqadaki-matclarinin-vaxti-mueyyenlesdi
Oxunma sayı: 865

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.

“Qafqazinfo” bu barədə UEFA-nın saytına istinadən xəbər verir. 

Komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur” stadionunda təşkil olunacaq. Görüş yerli vaxtla saat 20:00-da  (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start götürəcək.