“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı - Video

qarabagin-qapicisi-atletikle-matcda-2-penalti-qaytardi
Oxunma sayı: 15670

“Qarabağ” U-19 komandası UEFA Gənclər Liqasında “Atletik”lə qarşılaşır.

“Qafqazinfo” xəbər verir ki, hazırda davam edən matçda Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb. 

O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub. 

70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib. 

Qeyd edək ki, Teymur Həsənovun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır.