Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aytkurman Omarbekovu müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Omarbekov bu təyinatdan əvvəl Dövlət Mühafizəsi Xidmətinin rəhbərinin müavini postunu tuturdu.
Xatırladaq ki, Tokayev oktyabrın 3-də Baş Qərargahın rəhbəri Kanış Abubəkirovu, eləcə də Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbekovu və müdafiə nazirinin müavini Almaz Cumakeyevi vəzifəsindən azad edib. Bundan əvvəl isə müafiə naziri Dauren Kosanov istefaya göndərilmişdi. Onun postuna isə Aydos Mirzahmetov gətirilmişdi.
Bu təyinatlar isə sentyabrın 24-də Xəzər dənizində hərbi təlimlər zamanı 14 hərbçinin həlak olması hadisəsi ilə bağlıdır.
Son xəbərlər
Son Xəbərlər