“Qafqazinfo"ya daxil olan məlumata görə, Qənirə Paşayeva müəllifi olduğu "Məndən sonra ...", "Səndən sonra ...", "O...", "Dünyanı dəyişən alimlər", "Hesab vaxtı" və başqa kitablarını gənc oxucularına hədiyyə edərək onları oxumağa, kitabı sevməyə çağırıb. Ölkəmizin inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir deyən millət vəkili inkişafın yolunun kitabdan keçdiyini deyib: "Müəllifi olduğum kitablar sizin xoşunuza gələrsə, bundan məmnun qalaram".
Kitabı ən qiymətli hədiyyə adlandıran Qənirə Paşayeva tədbirin sonunda müəllifi olduğu kitabları imzalayaraq balacalara hədiyyə edib. Gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artırmalı olduğumuzu da vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər