İran Baş Qərargahı ABŞ və İsraillə davam edən müharibə zamanı iki İran qırıcı təyyarəsinin vurulduğunu və onların dörd pilotundan üçünün Qətər tərəfindən əsir götürüldüyünü açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, İran Baş Qərargahının yaydığı açıqlamaya görə, münaqişə zamanı iki qırıcı təyyarə qəzaya uğrayıb.
Təyyarələrdə olan dörd iranlı pilotdan üçünün Qətər tərəfindən əsir götürüldüyü bildirilib.
Qətər tərəfi isə hələlik İranın bu iddiasına münasibət bildirməyib.
Son xəbərlər
Son Xəbərlər