Qəzaya düşən avtomobil aşdı - Video

qezaya-dusen-avtomobil-asdi
Oxunma sayı: 4085

Aprelin 14-də Bakı şəhər Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi şossesində “BMW” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb. Hadisə yerindəki vətəndaşların köməyi ilə aşaraq banı üzərində qalmış avtomobili təkərləri üzərinə çevirmək mümkün olub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.