Ötən ilin oktyabrından Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, hücumlarda minlərlə uşaq və qadın olmaqla ölənlərin sayı 33 min 729 nəfərə çatıb.
Yaralıların sayının isə 76 min 371-i ötdüyü qeyd olunub.