Qırğızıstan Prezidenti Şəhidlər xiyabanında - Fotolar

qirgizistan-prezidenti-sehidler-xiyabaninda
Oxunma sayı: 1631

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün Şəhidlər xiyabanını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.