ABŞ-nin Aydaho ştatında yerləşən “Mountain Home” Hərbi Hava Qüvvələri Bazasında keçirilən hava şousu zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki qırıcı təyyarə havada toqquşub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə uçuş nümayişi zamanı qeydə alınıb.
İlkin məlumata əsasən, hər iki təyyarədə olan ekipaj üzvlərinin katapult etməyə çalışdığı, hadisədən sonra onların vəziyyəti ilə bağlı dəqiq məlumatın olmadığı bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər