Bu sözləri İlhamə Məmmədova Azadlıq prospektində 16 mərtəbəli binada baş verən yanğında qızının başına gələnlərdən danışarkən deyib. O, həmin gün işdə olub, qızı evdə tək qalıb. Övladı yanğından xilas ola bilib:
“Biz 13-cü mərtəbədəyik, qalxıblar 15-ə. Görüblər 15-də lift işləmir, düşüblər 14-cü mərtəbəyə. Qızım lifti basıb, dayanıb bir qadınla 14-cü mərtəbədə. 14-cü mərtəbədən aşağı düşən qadın 4 yaşlı uşağı ilə elə bizim qapımızın yanında keçinibmiş. Bizim qızın bəxti gətirib ki, lift onları aşağı düşürüb. Düşüblər birinci mərtəbəyə, blokdan çıxıblar. Amma neçənci mərtəbədəndir bilmirəm, 4 nəfər 4-cü mərtəbədə qalıblar, onlar boğulublar liftdə”.
İlhamə Məmmədova qızının möcüzə ilə xilas olduğunu və qorxduğu anda ona zəng edərək vidalaşdığını bildirib.
“Qafqazinfo” Meydan TV-ə istinadən yanan bina sakinləri ilə söhbəti təqdim edir:
Son xəbərlər
Son Xəbərlər