Qızını ilk dəfə göstərdi - Foto

qizini-ilk-defe-gosterdi
Oxunma sayı: 7650

Amerikalı aktrisa və model Paris Hilton beş aylıq qızının üzünü ilk dəfə göstərib.

“Qafqazinfo” xəbər verir ki, o, qızının şəkillərini instaqram hesabında paylaşıb.

Fotolarda əri, bir yaşlı oğlu Feniks və qızı London yer alıb.

“Həmişə London adlı bir qızım olmasını arzulayırdım. Onunla keçirdiyim hər anı sevirəm. Mənim kiçik mələklərim mənə ana olana qədər belə dərin olduğunu bilmədiyim bir sevgi göstərdilər”, - deyə o fotoya başlıq yazıb.

Qeyd edək ki, P. Hilton 2021-ci ilin noyabrında sahibkar Karter Reuma ərə gedib. Onun övladları surroqat ana vasitəsiylə dünyaya gəlib.