Qonşunun qulağını kəsib tulladılar - Ağdaşda dava

qonsunun-qulagini-kesib-tulladilar-
Oxunma sayı: 4995

Bu  gün səhər saatlarında Ağdaş rayonunda maraqlı hadisə baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, rayonun Vaqif küçəsində yaşayan qonşular arasında dava düşüb. Nəticədə davada  iştirak edən İlham Rzayevin qulağı kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin onun kəsilmiş qulağının tapılmadığı bildirilir.

Hadisəni törədən və davada iştirak edən bir neçə şəxs isə rayon polis şöbəsinə aparılıb.

Qeyd edək ki, hadisəni törədənlər içkili vəziyyətdə olublar.

Günel