Qorbaçovun dəfn olunacağı yer açıqlandı

qorbacovun-defn-olunacagi-yer-aciqlandi
Oxunma sayı: 14038

Ötən gün 92 yaşında dünyasını dəyişən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qorbaçovun yaxınları açıqlayıb.

Məlumata görə, Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn ediləcək. 

Vida mərasiminin tarixi isə Qorbaçovun qohumları tərəfindən daha sonra açıqlanacaq.