“Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir” - Baş nazir

qrenlandiya-abs-terefinden-idare-olunmaq-istemir
Oxunma sayı: 578

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın adanı əldə etmək planlarına sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Nilsen brifinq zamanı Qrenlandiyanın satılmadığını bildirib. Bundan əlavə, Baş nazir ada sakinlərinin ABŞ-nin bir hissəsi olmaqdansa, Danimarka Krallığı tərkibində qalmağa üstünlük verdiklərini söyləyib.

O, həmçinin Trampın adanın ilhaqı ilə bağlı bəyanatlarını “hörmətsizlik” adlandırıb:

“Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir və hazırda tanıdıqları statusu – Danimarkanın bir hissəsi olmağı seçirlər”.

Xatırladaq ki, D. Tramp adanın ABŞ-nin milli təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb etdiyini və onun bu və ya digər şəkildə əldə ediləcəyini iddia etməkdə davam edir.