Qrenlandiya ilə bağlı razılaşmanın - Detalları açıqlandı

qrenlandiya-ile-bagli-razilasmanin
Oxunma sayı: 388

ABŞ Qrenlandiya ilə bağlı təhlükəsizlik razılaşmasının detallarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

O qeyd edib ki, əldə olunan saziş Vaşinqtonun Qrenlandiya ilə bağlı milli təhlükəsizlik narahatlıqlarını “daimi və tam şəkildə” aradan qaldırıb.

“Qrenlandiya əbədi olaraq Şimali Amerikanın strateji müdafiə zonasının bir hissəsi olaraq qalacaq və hər hansı rəqibin bu əraziyə və onun ətrafına daxil olmasına imkan verməyəcək”, - Rubio vurğulayıb.

Sazişin konkret şərtləri barədə danışan, adının açıqlanmasını istəməyən Dövlət Departamentinin rəsmisi bildirib ki, razılaşma NATO-ya üzv olmayan ölkələrin Qrenlandiyada baza tikməsini qadağan edir.

Rəsminin sözlərinə görə, yalnız ABŞ və onun müttəfiqlərinə Qrenlandiyada dəqiq açıqlanmayan “həssas investisiyalar” yatırmağa icazə veriləcək.

Rəsmi həmçinin bildirib ki, saziş ABŞ-yə Qrenlandiyaya daimi çıxış, burada baza yerləşdirmək və hava məkanından istifadə hüquqları verir. Razılaşma Qrenlandiyanın gələcəkdə müstəqillik qazanacağı təqdirdə də qüvvədə qalacaq.