Qurban Qurbanov “Braqa”dan danışdı

qurban-qurbanov-braqadan-danisdi
Oxunma sayı: 2819

“Braqa” ilə çox maraqlanmamışam. Çünki oyuna hazırlaşırdıq. Az məlumatım var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasının pley-off mərhələsində komandasına rəqib olan Portuqaliyanın “Braqa” klubundan danışıb: “Rəqiblərin hamısı güclüdür. Portuqaliya komandaları bərk komandalardır. Bizim üçün böyük təcrübə olacaq. Tam məlumat qarşıdakı günlərdə əldə edəcəyik. Vaxtımız var, təhlil edəcəyik. Bir onu bilirəm ki, heyətlərində yaxşı oyunçular, yüksək texnikaya malik futbolçular var”.