Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - Foto

qurban-qurbanovun-cezalandirdigi-elvin-ve-abbas-tribunadan-matca-baxdilar
Oxunma sayı: 941

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əsas heyətdən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov klub akademiyasının aşağı yaş komandalarının oyunlarını izləyiblər.

“Qafqazinfo” xəbər verir ki, onlar “Sərhədçi” idman kompleksinə yollanaraq, aşağı yaş qruplarının oyununa tribunadan baxıblar.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarına görə, ötən gün əvəzedici heyətə göndərilmişdilər. Onların yoxluğu bu gün Misli Premyer Liqasının 28-ci turunda özünü büruzə verib. “Köhlən atlar” öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus edib.