Azərbaycanla anklavların mübadiləsini istisna etmədi

azerbaycanla-anklavlarin-mubadilesini-istisna-etmedi
Oxunma sayı: 525

“Ermənistan keçmiş anklavların Azərbaycanla mübadiləsini istisna etmir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti İqnasio Kassislə birgə mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən söyləyib. 

Onun sözlərinə görə, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər məsələyə konstruktiv yanaşırlar.

Mirzoyan qeyd edib ki, anklavlar mübadilə edilə bilər, lakin başqa seçimlər də mümkündür.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh sazişi imzalandıqdan sonra sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamalı olduğunu söyləyib.