“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlaması ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, komandasının son matçlarda yaxşı oynamasının səbəbini günəşlə əlaqələndirib.
İspan mütəxəssis “Çelsi” üzərindəki 3:0 hesablı qələbədən sonra bu barədə danışıb: “Bunun hamısı günəşlə bağlıdır. Yox, zarafat etmirəm. Sadəcə, Mançesterdə heç vaxt günəş olmur. Əgər noyabrda günəş olsaydı, biz artıq yanvarda Premyer Liqada çempion olardıq. Ona görə də həqiqətən hər şeyin günahkarı günəşdir, səmimi deyirəm. Oyunçuların əhval-ruhiyyəsi yaxşılaşıb”.
Son xəbərlər
Son Xəbərlər