Rəsul Quliyev də İlham Əliyevi dəstəklədi

resul-quliyev-de-ilham-eliyevi-destekledi
Oxunma sayı: 8013

Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat R.Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında açıqlanıb.

Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.

Qurultayda onun müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov və Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağzadə hazırkı Prezident İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər.