Rəsulzadənin heykəli belə olacaq - Foto

resulzadenin-heykeli-bele-olacaq
Oxunma sayı: 7975

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cühmuriyyətlə açılan Azərbaycan” adlı təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun “Məhəmməd Əmin Rəsulzadənin heykəli” layihəsi təqdim olunub.

Mərasimdə hələ 1993-cü ildə Ömər Eldarov tərəfindən AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin hazırlanmış, şəhərin mərkəzində yeri təyin edilsə də, müəyyən səbəblərdən qoyulmamış heykəlinin ilkin layihəsi barədə danışılıb.

“Bu tədbir müəllif kimi mənim üçün böyük ümid oldu. Bu əsərə böyük əmək sərf etmişəm. Heykəlin qoyulması arzumdur”, - Xalq rəssamı bildirib.

Hüseyn Məmmədsalahov

Foto: Müzəffər İsmayılov

Həmçinin oxuyun: Банк Республика поддержал малообеспеченные семьи

Серьезное ДТП в Габале: есть пострадавшие - Видео