Ronaldinyo futbola qayıdır?

ronaldinyo-futbola-qayidir
Oxunma sayı: 825

Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmayacaq.

“Qafqazinfo” “Tutto Sport”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın üçüncü divizionu (Seriya C) təmsilçisi “Ravenna”nın vitse-prezidenti, tanınmış futbol funksioneri Ariedo Brayda rəsmi açıqlama verib.

Onun sözlərinə görə, potensial əməkdaşlıq barədə yayılan şayiələrə baxmayaraq, tərəflər arasındakı əlaqə yalnız marketinq xarakteri daşıyacaq:

“Ronaldinyo “Ravenna”nın heyətində oynamayacaq, söhbət sırf marketinq sahəsində əməkdaşlıqdan gedir. Əminəm ki, o, hətta 46 yaşında belə meydanda parlaya bilərdi. Bizim hələ “Milan”da birlikdə çalışdığımız illərdən əla münasibətlərimiz var, lakin o, barəsində yayılan xəbərlərə rəğmən, meydana çıxmayacaq”.

Xatırladaq ki, karyerası ərzində PSJ, “Barselona”, “Flamenqo”, “Qremio” və “Fluminense” kimi nəhəng klublarda çıxış edən əfsanəvi braziliyalı futbolçunun İtaliya karyerasında top qovduğu yeganə klub məhz “Milan” olub.