Ronaldo ardıcıl ikinci matçda het-trik etdi

ronaldo-ardicil-ikinci-matcda-het-trik-etdi
Oxunma sayı: 3031

Səudiyyə Ərəbistanı çempionatının 26-cı turu çərçivəsində “Əl-Nəsr” klubu səfərdə “Abha” komandasının futbolçularına 8:0 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, matçda portuqaliyalı hücumçu Kriştiano Ronaldo het-trik edib.

Qeyd edək ki, bu, Ronaldonun ölkə çempionatında ardıcıl ikinci het-trikidir. Belə ki, martın 30-da o, "Əl-Tai"nin qapısına üç qol vurmuşdu.