Ronaldoya “qızıl” viza verildi

ronaldoya-qizil-viza-verildi
Oxunma sayı: 3576

Turinin “Yuventus” və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya BƏƏ-nin “qızıl” vizası verilib.

“Qafqazinfo”nun “Khaleej Times” qəzetinə istinadən məlumatına görə, bu qərarı Dubayın İdman Şurası qəbul edib. Qeyd edilir ki, BƏƏ-yə tanınmış idmançıların cəlb edilməsi proqramı çərçivəsində futbolçuya orada daimi yaşayış hüququ verilib.

Jurnalistlər ehtimal edir ki, Ronaldoya BƏƏ hökumətinin təklifi maraqlı olacaq, çünki o, vergi ödəməyəcək. Belə ki, BƏƏ vətəndaşları və dövlət rezidentləri bir sıra vergilərindən azaddır.