“Roşka” yenə eyni əmələ görə həbs olundu

roska-yene-eyni-emele-gore-hebs-olundu
Oxunma sayı: 8335

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən “Roşka” ləqəbli Rövşən Süleymanov həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmənin qərarı ilə onun barəsində 45 gün müddətinə inzibati qaydada həbs seçilib. 

Qeyd olunur ki, tiktoker saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.