Rumıniyada hərbi laboratoriyada partlayış olub - Ölən var

ruminiyada-herbi-laboratoriyada-partlayis-olub
Oxunma sayı: 666

Rumıniyada döyüş sursatı və silahları sınaqdan keçirən hərbi laboratoriyada partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Antena 3” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Buxarest dairəvi yolunda ordunun sınaq laboratoriyasında baş verib.

Partlayış nəticəsində bir qadının öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Ərazidə növbəti partlayış təhlükəsinin olduğu qeyd olunur