Döyülərək öldürülən Elgünün dayısı danışdı - Video

doyulerek-oldurulen-elgunun-dayisi-danisdi
Oxunma sayı: 13642

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Elgünün dayısı Baku TV-yə danışıb.

Mərhumun dayısının sözlərinə görə, Elgün döyülərək tanınmaz hala salınıb.

“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb onun yanına girdik. Uşaq tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.