Rusiya ehtiyatlarından 2,4 trilyon rubl xərcləyib

rusiya-ehtiyatlarindan-24-trilyon-rubl-xercleyib
Oxunma sayı: 2563

Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyada büdcənin qarşıdakı 3 il ərzində kəsir verəcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, büdcə kəsirinin ödənilməsi üçün Milli Rifah Fondundan 2,4 trilyon rubl (təxminən 59500000000 manat) xərclənib.

Açıqlamada qeyd edilib ki, yanvarın 1-nə Milli Rifah Fondunda 10,4 trilyon rubl olub.

Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 10-da 2022-ci ildə büdcə kəsirinin 3,3 trilyon rubl (təxminən 81600000000 manat) təşkil etdiyini bildirib.