Rusiya ilə Gürcüstan arasında avtomobil yolu bağlandı

rusiya-ile-gurcustan-arasinda-avtomobil-yolu-baglandi
Oxunma sayı: 2544

“Yuxarı Lars” buraxılış məntəqəsi vasitəsilə Gürcüstandan Rusiyaya gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir. 

Məlumata görə, hazırda beynəlxalq əhəmiyyətə malik Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir. Bununla əlaqədar olaraq, yolun sözügedən hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. 

Qeyd edək ki, noyabrın 26-sı axşam saatlarından “Yuxarı Lars” yolu hava ilə əlaqədar olaraq yük avtomobilləri üçün bağlanıb.