Rusiya məhkəməsi “Roblox”u cərimələdi

rusiya-mehkemesi-robloxu-cerimeledi
Oxunma sayı: 627

Moskvanın Taqanski məhkəməsi videooyunlar tərtibatçısı “Roblox Corporation” şirkətini ümumilikdə 8 milyon rubl (təxminən 180 400 AZN) məbləğində cərimə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

Bildirilib ki, hakim ABŞ şirkətini internetdə qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı ilə bağlı iki protokol üzrə təqsirli hesab edərək, onların hər biri üçün 4 milyon rubl (təxminən 90 200 AZN) məbləğində cərimə təyin edib. Məhkəmə qərarının istinad etdiyi maddə LGBT-nin KİV və ya internet vasitəsilə təbliğatına görə inzibati məsuliyyət nəzərdə tutur.

Məhkəmə materiallarında protokolların tərtibinə nəyin səbəb olduğu açıqlanmasa da, “Roblox” şirkətinin qeyri-ənənəvi cinsi münasibətlərin cəlbedici obrazını formalaşdıran materialların yayılmasına yol verdiyi qeyd olunub.