Rusiya onu “xarici agent” elan etdi

rusiya-onu-xarici-agent-elan-etdi
Oxunma sayı: 3800

“Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm” deyən rusiyalı iş adamı Anastasiya Tatulova Rusiyada “xarici agent”lər siyahısına daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı həmin siyahıya əlavə edib.

Qeyd edək ki, A.Tatulovanın 2020-ci ildə məlum statusundan sonra onunla franşiza müqaviləsi ilə Bakıda işləyən eyniadlı kafe əməkdaşlıqdan imtina edərək bağlanıb.