Rusiya-Türkiyə “müharibə”si olacaq... - 18 fevralda

rusiya-turkiye-muharibesi-olacaq
Oxunma sayı: 7906

Bu gün Çempionlar Liqası ilə yanaşı UEFA Avropa Liqasının da püşkatması olub.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində saat 16:00-da başlayacaq tədbirdə 32 komanda 1/16 final mərhələsindəki rəqiblərini tanıyıb. Turnirdə Türkiyəni təmsil edən 2 klub “Fənərbaxça” və “Qalatasaray”ın rəqibləri bəlli olub. 

“Valensiya” – “Rapid” (Vyana)

“Fiorentina” – “Tottenhem”

“Borussiya” (Dortmund) – “Porto”

“Fənərbaxça” – “Lokomotiv” (Moskva)

“Anderlext” – “Olimpiakos”

“Midtyulland” – “Mançester Yunayted”

“Auqsburq” – “Liverpul”

“Sparta” (Praqa) – “Krasnodar”

“Qalatasaray” – “Latsio”

“Sion” – “Braqa”

“Şaxtyor” (Donetsk) – “Şalke”

“Marsel” – “Atletik” (Bilbao)

“Sevilya” – “Mölde”

“Sportinq” (Lissabon) – “Bayer Levekusen”

“Vilyareal” – “Napoli”

“Sent-Etyen” – “Bazel”

Qeyd edək ki, artıq “Fənərbaxça”ya rus rəqibin düşməsi, həm Türkiyə mediasında, həm də sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.