Rusiyada neft anbarında güclü yanğın - Video+Yenilənib

rusiyada-neft-anbarinda-guclu-yangin
Oxunma sayı: 7856

Rusiyanın Belqorod vilayətində yerləşən neft anbarında güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, neft anbarında olan yanacaq çənləri yanır, xilasedicilər yanğının digər çənlərə keçməsinin qarşısını almağa çalışırlar.

Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Ən yaxın üç küçənin sakinləri daha təhlükəsiz yerə köçürülür.

***

“TASS”ın məlumatına görə, Belqorodda neft anbarında hazırda səkkiz yanacaq çəni yanır. Bu çənlərin hər birinin həcmi 2000 kubmetrdir. Yanğının yayılma təhlükəsi var. 

Ümumilikdə neft anbarının ərazisində 27 yanacaq çəni var. Onlardan 14-ünün həcmi 2000 kubmetrdir.