Rusiyada tələbə texnikumdakı atışmanı diplomunu ala bilmədiyi üçün törədibmiş - Yenilənib

rusiyada-telebe-texnikumdaki-atismani-diplomunu-ala-bilmediyi-ucun-toredibmis
Oxunma sayı: 768

Rusiyanın Krasnodar diyarında texnikumda silahlı insident baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə diyarın Anapa şəhərində qeydə alınıb.

Məlumata görə, təhsil müəssisəsinin tələbəsi texnikumun dəhlizində insanlara atəş açıb.

Nəticədə 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. Ölənin texnikumun mühafizəçisi olduğu bildirilir.

Tələbənin atəş açdığı silahın növü hələ müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

***

Anapa Sənaye Texnikumunda baş verən silahlı hücumun səbəbi məlum olub. 

Belə ki, Rusiya teleqram kanallarının məlumatına görə, təhsil müəssisəsinin tələbəsi diplomunu ala bilmədiyi üçün bu hadisəni törədib. 

Gəncin qrup yoldaşları onun diplom üçün 500 min rubldan (təxminən 11000 AZN) çox pul ödədiyini söyləyiblər. 

17 yaşlı gəncin saxlanılarkən üzərində patronlarla dolu döyüş jiletinin olduğu bildirilir. 

Birinci kurs tələbəsi olan şəxsin daha əvvəl sosial şəbəkə hesablarında təhsil müəssisələrinə hücum etmiş cinayətkarların foto və videolarını paylaşdığı da məlum olub.