“Rusiyasız keçinə bilməzlər”

rusiyasiz-kecine-bilmezler
Oxunma sayı: 1042

“Rusiya “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsində mümkün iştirakının parametrlərini Ermənistanla müzakirə etməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya xarici işlər nazinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə bildirib. 

“Tramp yolu” layihəsinə gəlincə, biz öz mövqeyimizi ehtiyatda saxlamışıq. Bu təşəbbüsün təfərrüatını hələ öyrənmək lazımdır. Həm parametrləri, həm də Rusiyanın layihədə bu və ya digər formada mümkün iştirakını müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarla məsləhətləşməyə hazırıq”, - diplomat bəyan edib.

Qaluzin Ermənistanın dəmir yolu şəbəkəsini 2038-ci ilə qədər “Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkətinin idarə edəcəyini, həmçinin İranla sərhəddə Rusiya sərhədçilərinin yerləşdirildiyini xatırladıb. 

“Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü amilini da nəzərə almaq lazımdır. Bu şəraitdə aydındır ki, tərəfdaşlar Rusiyasız keçinə bilməzlər”, - nazir müavini vurğulayıb.