“Sabah” Çempionlar Liqasının son qalibi ilə eyni qrupda

sabah-cempionlar-liqasinin-son-qalibi-ile-eyni-qrupda
Oxunma sayı: 611

Azərbaycan çempionu “Sabah” Basketbol Klubunun FIBA Çempionlar Liqasının 2026/27 mövsümündəki rəqibləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 8-də İsveçrənin Mies şəhərində yerləşən Patrik Baumann Basketbol Evində keçirilən püşkatma mərasimində üçüncü səbətdə yer alan “Sabah” BK müntəzəm mövsümün “A” qrupunda mübarizə aparacaq.

Komandamız qrup mərhələsində aşağıdakı klublarla qarşılaşacaq:

“Rytas Vilnius” — Litva
“Nanterre 92” — Fransa
“Sabah” BK — Azərbaycan
“Trabzonspor” — Türkiyə

“Sabah”ın qrupdakı ən titullu rəqibi “Rytas Vilnius”dur. Litva klubu FIBA Çempionlar Liqasının son qalibidir. 
Qrupun qalibi birbaşa ən güclü 16-lığa vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “Play-In” mərhələsində üz-üzə gələcəklər.