Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

sagirdlerin-elektron-yerdeyismesine-baslanilir
Oxunma sayı: 648

Noyabrın 4-də saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, noyabrın 5-dən saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

Bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. 

Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.