Şahdağa qar yağdı

sahdaga-qar-yagdi
Oxunma sayı: 1166

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.

Düşən yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Şəmkir, Balakən, Şəki, Qax, Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Xəbəri rus dilində oxuyun: Президент “Галатасарая”: Опозорились на весь мир

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.