Şamaxıda da bayram tədbiri keçirildi - Fotolar

samaxida-da-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 1398

Şamaxı rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anaları və rayonun ictimai-siyasi həyatında fəal qadınlardan bir qrupu iştirak edib.

Tədbirdə çıxış edənlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid analarını, o cümlədən bütün xanımları təbrik edərək, qadınların Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasındakı rolundan geniş söhbət açıblar.

Tədbir iştirakçılarına gül dəstələri və bayram hədiyyələri təqdim olunub.