Şamaxıda iftar süfrəsi təşkil olunub - Fotolar

samaxida-iftar-sufresi-teskil-olunub
Oxunma sayı: 2622

Aprelin 3-ü icra hakimiyyətinin təşəbbüsü ilə Şamaxı Cümə Məscidində iftar məclisi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.

İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.