“Saudi Aramco” şirkətinin obyektlərindən birinə PUA zərbəsi endirilib

saudi-aramco-sirketinin-obyektlerinden-birine-pua-zerbesi-endirilib
Oxunma sayı: 397

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının Nəcran şəhərində yerləşən Saudi Aramco neft-qaz şirkətinə məxsus obyektə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiklərini açıqlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qrupun nəzarətində olan SABA xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hücum Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Yəmənin Səada əyalətinin şimal-şərq hissəsində hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.

Səudiyyə Ərəbistanı rəsmiləri və Saudi Aramco neft-qaz şirkəti hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Həmçinin hücum nəticəsində obyektə zərər dəyib-dəymədiyi də məlum deyil.