“Səbail” “Araz Naxçıvan”a qalib gəldi

sebail-araz-naxcivana-qalib-geldi
Oxunma sayı: 980

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tur başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, son oyun günü “Araz Naxçıvan” “Səbail”i qəbul edib.

“Liv Bona Dea” arenada keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Səbail”in heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib.

75-ci dəqiqədə isə Yusif Nəbiyev fərqlənib.

Qeyd edək ki, turun digər görüşləri bu nəticələrlə başa çatıb: “Turan Tovuz” – “Sumqayıt”- 1:4, “Qarabağ” – “Qəbələ” - 2:2, “Zirə” – “Neftçi” - 3:1, “Kəpəz” – “Sabah” - 1:2.