Şəmkirdə maşın aşdı - 2 nəfər öldü+Fotolar

semkirde-masin-asdi
Oxunma sayı: 370

Şəmkirdə ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər vəfat edib. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

“Land Cruzer” markalı avtomobilin aşması nəticəsində iki nəfər vəfar edib, daha bir nəfər yaralanıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

***

Hadisə nəticəsində Qılıncbəyli kənd sakinləri, 1995-ci il təvəllüdlü Elgün Abbasov və yaşıdı Eşqin Abbasov vəfat ediblər.

Yunis Quliyev