Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar

serbiyada-israil-sefirliyinin-emekdasina-hucum-olub
Oxunma sayı: 294

İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına bıçaqlı hücum olub.

“Qafqazinfo” “Informer” nəşrinə istinadən xəbər verir ki, hücumun yetkinlik yaşına çatmamış şəxs tərəfindən həyata keçirildiyi bildirilib.

Hadisə barədə açıqlama verən Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin sözlərinə görə, Şabatsdan olduğu ehtimal edilən həmin şəxsin kimliyi hələ müəyyən edilməyib.

Daçiç həmçinin onun iki bıçaqla polis əməkdaşına hücum etdiyini və polisin özünü müdafiə edərkən açdığı atəş nəticəsində həmin şəxsi öldürdüyünü söyləyib.

Hücuma məruz qalan polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir. 

Serbiyanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.