Simax Şeyda vəfat etdi

simax-seyda-vefat-etdi
Oxunma sayı: 3612

Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarında biri, şair-dramaturq Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 87 yaşında Almaniyanın Münhen şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Simax Şeyda 1936-cı ildə Oğuzda anadan olub. 1965-ci ildən 1990-cı ilə qədər Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri olub. Eyni zamanda, “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.

Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.