Şimşək, dolu, qar... - Xəbərdarlıq

simsek-dolu-qar
Oxunma sayı: 1287

Aprelin 9-da Azərbaycanın əksər rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Məlumata görə, sabah ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.