Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi

sirniyyat-sexinde-dehsetli-hadise
Oxunma sayı: 2405

Abşeron rayonunda yerləşən şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.

Aslan Vəliyev