Şirvanda toyda 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

sirvanda-toyda-36-yasli-kisini-bicaqlayan-sexs-saxlanildi
Oxunma sayı: 428

Ötən gün Şirvanda keçirilən toy mərasimində 36 yaşlı kişini bıçaqlayan şəxs həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü İbrahim Abdullayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov